Nigeriyada partlayış: 50 ölü, 70 yaralı var 02 İyul 2019 15:06 Vəqf Qərbi Afrika ölkəsi olan Nigeriyanın Benue əyalətində tankerdə baş verən partlayışda ən azı 50 nəfər həyatını itirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Benue əyalətinin rəsmisi Kristofer Avi deyib ki, yerli əhali qəza baş verən tankerdəki benzini boşaltmağa çalışdığı vaxt naməlum səbəbdən partlayış qeydə alınıb. Partlayış zamanı 70 nəfər yaralanıb, çox sayda insan isə itkin düşüb. Yaralılar xəstəxanaya çatıdırlıb, ətrafdakı xeyli sayda ev də yanıb. / FaktXəbər / Teqlər : #Nigeriyada,#partlayış:,#ölü,#yaralı,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan yenə ‘avtoritar’ ölkə sayıldı Nazir: ‘Son 4 ildə Türkiyədə 33 minə yaxın polis işdən çıxarılıb’