Nigeriyada polislərə qarşı etiraz aksiyaları artır

Nigeriyada polislərə qarşı etiraz aksiyaları artır

1992-ci ildə Nigeriyada polis daxilində yaradılan Xüsusi Oğurluqla Mübarizə Komandasına (SARS) qarşı "insan haqlarını pozduğuna" görə başlayan nümayişlər gündən-günə artır. 

Həftə sonu Avropa ölkələrində və Kanadada yaşayan nigeriyalılar da etiraz aksiyalarına qoşulub. 

 Etirazçılar hər gün ölkənin fərqli əyalətində davam edən nümayişlərdə "SARS-ın ləğvi, mülki şəxsləri öldürən SARS şəxsi heyətinin ədalətli mühakiməsini və nümayişlərdə saxlanılanların sərbəst buraxılması"nı tələb ediblər. 

 Qeyd edək ki, iki həftə əvvəl Nigeriyanın Delta əyalətində SARS tərəfindən bir gəncin öldürülməsindən sonra sosial mediada məşhurların və fəalların çağırışları ilə Laqosda və paytaxt Abucada başlayan nümayişlər daha sonra bütün ölkəyə yayılıb. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru