Nigeriya xalqı “Şeyx Zəkzəkiyə azadlıq” dinc etiraz aksiyalarını davam etdirir- FOTO

Nigeriya xalqı “Şeyx Zəkzəkiyə azadlıq” dinc etiraz aksiyalarını davam etdirir- FOTO

-- Aksiyada iştirak edənlər, həmçinin Nigeriya prezidentini məhkəmənin qərarına tabe olmağa səsləyib

Nigeriya xalqı “Şeyx Zəkzəkiyə azadlıq” şüarı ilə başlatdığı dinc etiraz aksiyalarını davam etdirir.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, Nigeriya İslam Hərəkatının (İMN) baş katibi Şeyx İbrahim Zəkzəkinin və digər İMN fəallarının azadlığa buraxılması üçün paytaxt Abucada növbəti yürüş mitinqini keçirən xalq Federal Ali Məhkəmənin binasına qədər yürüş keçirib. Aksiyada iştirak edənlər, həmçinin Nigeriya prezidenti Muhammadu Buxarini məhkəmənin qərarına tabe olmağa səsləyiblər.
 
Yürüş  zamanı Şeyx Abdulla Zanqo və Şeyx Əbdülhamit Bello kimi ruhanilər çıxış etdi. Çıxışçılar aksiyanı keçirənlərə təşəkkür edib, şücaətlərinə görə təbrik edib və hakimiyyətin çağırışlara qulaq asmalarını istəyiblər.
 
Digər tərəfdən, “Şeyx Zəkzəkiyə azadlıq” aksiyaları Nigeriyadan kənarda da davam edir. Belə ki, fevralın 10-u Cənubi Afrikadakı Nigeriya səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcəyi bildirilib.
 
Həmçinin Nigeriyadakı bir məhkəmə, İslami hərəkat üzvlərinin xeyrinə qərar verib. Sokotodakı federal məhkəmədə keçirilən iclasda, Sokotoda yaşayan hərəkat üzvlərinin əyalət hökuməti və ya təhlükəsizlik qüvvələrinin heç bir müdaxiləsi olmadan ibadətlərini yerinə yetirə biləcəkləri barədə qərar qəbul olunub. Əslində bu qərar fundamental insan haqları barədə qanunda təsbit olunub.
 
Digər tərəfdən, Abuca Federal Ali Məhkəməsinə də ölkənin baş polis inspektoru, baş polis rəisi və federal baş prokuroruna qarşı istintaqa başlaması barədə müraciət olunub.
 
Bu arada, Beynəlxalq Amnistiya təşkilatı Nigeriyada Boko Haram terror təşkilatına qarşı əməliyyatlarda törədilən bəşəri cinayətlərə dair hesabat dərc edib. Hesabatın qurbanlar və qohumları, həkimlər, şahidlər, fəallar, jurnalistlər, vəkillər və hərbi mənbələrlə aparılan danışıqların əsasında hazırlandığı qeyd edilib. Hesabata görə, əməliyyatlar vaxtı 1200 insan məhkəməsiz edam edilib. Əksəriyyəti gənc olmaqla ən azı 20 min insan həbs olunub və işgəncə edilib. Yüzlərlə insan itkin düşüb. 7 min nəfər həbsxanada aclıq, ifrat izdiham və səhiyyə xidmətlərinin çatışmazlıq səbəbilə ölüb. Beynəlxalq Amnistiya təşkilatı hərbi cinayətkar kimi qəbul etdiyi 5 yüksək səviyyəli hərbi rəsmisinin adını hesabata əlavə etməməklə birlikdə, bu şəxslərin adlarının Beynəlxalq Cinayət Məhkəməsinə bildirildiyini açıqlayıb. 
 
Nigeriya xalqı “Şeyx Zəkzəkiyə azadlıq” dinc etiraz aksiyalarını davam etdirir

Google+ WhatsApp ok.ru