Nümayəndələr Palatası Donald Trampın impiçmentinə səs verib 19 Dekabr 2019 09:07 Dünya ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın "səlahiyyətlərin aşılması" maddəsi üzrə impiçmentinə səs verib Bu bar'd' Maide.Az "Report"a istinadən xəbər verir. Qeyd edilir ki, nəticələr partiya əlaməti üzrə bölünüb — palatanın demokratlardan ibarət üzvləri impiçmentin lehinə səs verib. Respublikaçılar buna qarşı çıxıblar. Nümayəndələr Palatasında səsvermədən sonra sənəd Trampın üzərində məhkəmə prosesini keçirməli olan Senata göndəriləcək. Prezidentin hakimiyyətdən kənarlaşdırılması üçün senatorların səslərinin üçdə ikisi lazım olacaq. Senatda Respublikaçıların əksəriyyəti Trampın impiçmentinə qarşıdır. Demokratlar bildirirlər ki, prezident Tramp Ukraynanın dövlət başçısı Vladimir Zelenskidən rəqibi Co Baydenə qarşı araşdırma formasında siyasi xidmət tələb edərək, Konqres tərəfindən bəyənilmiş Ukraynaya hərbi yardımın edilməsini yubadıb. Tramp isə öz növbəsində bildirir ki, o, yalnız Ukrayna hakimiyyətindən korrupsiyaya qarşı mübarizə aparılmasını tələb edib. Teqlər : #Donald,#Tramp,#impiçment, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kembric Came məscidi ilin ən yaxşı 10 memarlıq abidəsindən 5-cisi olub İngiltərədə mənzil böhranı artıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO