Norveçin Baş naziri və hökuməti istefa verib 12 Oktyabr 2021 17:46 Xəbərlər Norveçin Baş naziri Erna Sulberq kral V Haralda istefa ilə bağlı müraciət edib. Maide.Az xəbər verir ki, məlumatı Norveç hökumətinin saytı yayıb. Bildirilib ki, sentyabrda keçirilən parlament seçkilərində İşçi Partiyasının qalib gəlməsi ilə əlaqədar Erna Sulberq istefa verib. Son siyasi kampaniyada hakim Mühafizəkarlar Partiyası 20,5 faiz, İşçi Partiyası isə 26,4 faiz səs toplayıb. Qalib partiya Rusiya ilə əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır. Kral V Harald İşçi Partiyasının lideri Yonas Qar Styoreyə yeni kabineti formalaşdırmaq üçün səlahiyyət verib. / RİA Novosti / Teqlər : #Norveçin,#Baş,#naziri,#və,#hökuməti,#istefa,#verib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qırğızıstana yeni Baş nazir təyin edilib Müdafiə Nazirliyi Gəncədəki partlayış səsləri barədə açıqlama yaydı