Norveçli uşaqlara robot dərs keçəcək

Norveçli uşaqlara robot dərs keçəcək

Rusiyanın Promobot robotu Norveçdəki uşaqlara fizika, kimya, biologiya və robot texnikasından dərslər keçəcək.

 
Bu barədə “Promobot” şirkərinin inkişaf üzrə direktoru Oleq Kivokursev bildirib. Onun sözlərinə görə, robot artıq Norveçin Berqen şəhərindəki “VilVite” uşaq elmi mərkəzində işləyir.  
 
Müəllimlər üçün dərsliklərdən və dərs vəsaitlərindən məlumatlar robotda yerləşdirilib. Robot Norveç və ingilis dillərini bilir. Kivokursev robotun istifadəsinin təhsil prosesini xeyli asanlaşdırdığına inanır, çünki Promobot robotun materialı mənimsəməsi üçün vaxta ehtiyac yoxdur, o eyni zamanda bir neçə fənnin müəllimi ola bilər, lakin əsas ixtisası fizikadır.
 
Direktor robotun müəllimi tamamilə əvəz etməyəcəyini, əksinə onun əsas köməkçisi olacağını vurğulayıb./deyerler.org/
 

Google+ WhatsApp ok.ru