`İnsan daim dilinə nəzarət etməlidir`- FOTO

`İnsan daim dilinə nəzarət etməlidir`- FOTO

Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei ramazan münasibətilə prezident və nazirlər kabinetinin üzvlərini qəbul edib.
 
Maide.Az xəbər verir ki, görüşdə Ayətullah Xamenei Nəhcül-Bəlağədən bir neçə hikmətli kəlamlar bəyan edib. “Həzrət Əli (ə) buyurur ki, fitnə dövründə haqqı batildən seçmək xalq üçün çətin olur. Bu zaman elə əməl etməlisən ki, fitnə üçün bəhrələnən olmasın. Bəziləri öz xüsusi yanaşması əsasında mümkündür ki, fitnəyə sərt reaksiya vermək istəməsin. Amma həmin adamlardan da fitnəkarlığın xeyrinə bəhrə götürülməməlidir.”
 
Ayətullah Xamenei əlavə edib ki, əslində əmanət verilmiş vəzifəyə gəlir mənbəyi kimi baxmaq insanın alçalmasına səbəb olur. “Yüksək əməkhaqları (maaşlar) dəyərlərə hücumdur. Hamı bilməlidir ki, bu hal istisnadır, əksər rəhbər şəxslər pak insanlardır. Kiçik bir qismin də buna getməsi pisdir və ölçü götürülməlidir.”
 
Ayətullah Xamenei söhbətinin digər bir hissəsində Həzrət Əlinin (ə) digər bir kəlamını bəyan edib və bildirib ki, İnsan daim dilinə nəzarət etməlidir. “İnsanın bir çox problemləri dildən yaranır. Dilə nəzarət edilməməsi bəzən ictimai problemlər yaradır.”
 
Görüş başa çatandan sonra camaat namazı qılınıb. 
 
 

 

 

Google+ WhatsApp ok.ru