İnsanın yaranış məqsədləri

İnsanın yaranış məqsədləri

Dəryadan bir damla

Allah-Taala Qurani-Kərimin “Muminun” surəsinin 115-ci ayəsində buyurur:

أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ

“Yoxsa güman edirsiniz ki, sizi boş yerə yaratmışıq və Bizə doğru qaytarılmayacaqsınız?”

Quran insanın yaranış məqsədlərini bəyan etmişdir. O cümlədən:

1. İbadət:

وَ ما خَلَقْتُ الْجِنَّ وَ الْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ

“Mən cin və insanı yalnız Mənə ibadət üçün xəlq etdim.” (“Zariyat”, 56.)

2. İmtahan:

خَلَقَ الْمَوْتَ وَ الْحَياةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا

“(Allah) ölüm və həyatı xəlq etdi ki, sizi sınağa çəkib hansınızın yaxşı əməl etdiyi bilinsin.” (“Mulk”, 2.)

3. İlahi rəhmətin əldə olunması:

إِلَّا مَنْ رَحِمَ رَبُّكَ وَ لِذلِكَ خَلَقَهُمْ

“Rəbbinin rəhm etdiyi kəs istisnadır və (Allah) bundan (mərhəmətdən) ötəri xalqı yaratdı.” (“Hud”, 119.)

İmam Əli (ə) buyurmuşdur:

رَحِمَ اللهُ امْرءً عَرَفَ قَدْرَهُ

Allah rəhm etsin öz qədrini bilən kəsə.” (“Qurərul-hikəm”.)

İnsan haradan gəldiyini, harada olduğunu və haraya gedəcəyini bilməlidir.

İmam Hüseyn (ə) buyurmuşdur:

اَيّهَا النّاسُ! إِنّ اللّهَ جَلّ ذِكْرُهُ مَا خَلَقَ الْعِبَادَ إِلاّ لِيَعْرِفُوهُ، فَإِذَا عَرَفُوهُ عَبَدُوهُ فَإِذَا عَبَدُوهُ اسْتَغْنَوْا بِعِبَادَتِهِ عَنْ عِبَادَةِ مَا سِوَاهُ

“Ey insanlar! Allah-Taala bəndələrini yalnız Onu tanımaq üçün yaratmışdır. Belə ki, Onu tanıdıqdan sonra ibadət edərlər, Allaha pərəstiş və ibadətlə Ondan qeyrilərinə pərəstişdən ehtiyacsız olarlar.” (“Biharul-ənvar”, c.5, səh.312.)

Həzrət Əli (ə) buyurmuşdur:

الدُّنْيَا خُلِقَتْ لِغَيْرِهَا، وَلَمْ تُخْلَقْ لِنَفْسِهَا

“Dünya özü üçün yox, bir başqası üçün yaradılmışdır. (Dünya axirətə qovuşmaq üçün vasitədir.)

Bəli, bütün məqsədləri dünyaya yönələn insanlar ona bağlanırlar. (“Əraf”, 176.)

Bildirişlər

1. İnsan məqsədli yaradılıb.

2. İnsanın bəzi hesablamaları həqiqətdən uzaq olur.

3. Allahın bütün işləri məqsədlidir.

4. Axirət düşüncəsindən uzaq dünya həyatı puçdur.

5. İnsan məsuliyyət daşıyır. (Özümüzü Qiyamət sorğusuna hazırlamalıyıq.)

6. İnsanın yaranış məqsədi təkcə bu dünyada bitmir. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 8-ci cild, “Muminun” surəsi, 115-ci ayənin təfsiri.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru