İnstaqramın Reels xidməti Feysbuka inteqrasiya olundu

İnstaqramın Reels xidməti Feysbuka inteqrasiya olundu

Sosial media nəhəngi Feysbuk keçən ilin avqustunda rəqibi TikTok-a qarşı İnstaqramda Reels xüsusiyyətini istifadəyə verdi. Hazırda isə şirkət tərəfindən bu funksiyanın əhatə dairəsini genişləndirmək üçün başqa bir addım atılıb.
 
TED.az xəbər verir ki, şirkət Reels-i Feysbuka inteqrasiya etdirib. Hindistanda istifadəyə verilən bu yeniliyin başqa ölkələrə nə vaxt gələcəyi barədə məlumat verilməyib.
Feysbuk artıq İnstaqram istifadəçilərinə bildiriş göndərərək yeni xüsusiyyəti açıqlayıb və fikirlərini soruşub.
 
Yenilik nəticəsində istifadəçilərin paylaşdıqları videolar indi Feysbuk News Feed və Feysbuk Watch bölümündə görünəcək. Videolarda istifadəçilərin İnstaqram adları da yer alacaq. Bununla yanaşı, Feysbuk istifadəçilərinə maraq dairələrinə görə, makaralar tövsiyə edəcək.
 

Google+ WhatsApp ok.ru