İnterneti açmayan, pis işləyən telefonlara çarə

İnterneti açmayan, pis işləyən telefonlara çarə

Rabitənin keyfiyyətinin itməsi, telefonda kontakt  limitinin  dolması, 4G şəbəkəsinin dəstəklənməməsi sim-kartın dəyişdirilməsini zəruri edən “simptom”lardır.
 
Maide.Az "Sputnik"ə istinadən bildirir ki, bu barədə “Rəqəmsal platformalar” təşkilatının baş direktoru Arseni Şeltsin deyib.
 
Rabitənin keyfiyyəti aşağı düşəndə istifadəçilər adətən qadceti günahlandırırlar, ancaq çox zaman problem məhz sim-kartın zədələnməsi olur. Şeltsinin sözlərinə görə, bu zaman telefon nömrəsini və ya tarifi dəyişmədən sadəcə kartın özünü yeniləmək gərəkdir.
 
İnternet əlaqəsinin pisləşməsi, telefonda danışarkən rabitənin qırılması, zəif siqnal, enerjinin tez boşalması, 3G, 2G və 4G arasında keçid edərkən çoxlu enerji sərf olunması da smartfon sahibi üçün bir siqnaldır.
 
Həmçinin kontakt limiti dolmuş sim-kartı da dəyişmək məsləhətdir: “Mümkündür ki, sizin telefonunuzun sim-kartı köhnə versiyalıdır, yəni yaddaş həcmi kiçikdir. Müasir sim-kartlar daha çox məlumatı yadda saxlamağa, əlavə qeydlər etməyə (kontaktın elektron poçtu, vəzifəsi və s.) imkan verir”.
 
Ekspert sim-kartları ildə 1-2 dəfə yeniləməyi, hər yeni telefon aldıqda da dəyişməyi məsləhət görüb.
 
“MicroSIM, miniSIM və ya nanoSIM yeni formatları konkret olaraq müvafiq qurğular üçün seçilir”, - mütəxəssis deyib. 

Google+ WhatsApp ok.ru