Oruc koronavirusa necə təsir edir?

Oruc koronavirusa necə təsir edir?

Ramazan ayı yaxınlaşdıqca "orucun yeni növ koronavirusa (Kovid-19) qarşı necə təsiri olacaq" sualına da rast gəlinir.
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, həkimlər bildirirlər ki, imsaqda və iftarda istehlak edilən qidalara diqqət yetirmək son dərəcə vacibdir.
 
"Kovid-19"-dan qorunmaq tədbirləri arasında iki vacib amil var. Birincisi gigiyena, ikincisi, immunitet sistemini güclü saxlamaq. Elmi araşdırmalarda orucun immunitet sistemini gücləndirdiyi sübut edilmişdir. Çünki idarə olunan aclıq prosesində hüceyrələrin yenilənmə sürəti artır və bədəndəki xərçəng hüceyrələri kimi problemli hüceyrələrin təmizlənməsinə səbəb olan mexanizmlər güclənir. Bununla birlikdə bədəndə detoks təsiri olan və immunitet sistemindən həzm sisteminə qədər orqanizmə faydalı olduğu göstərilən orucun bu müsbət təsirindən faydalanmaq üçün imsaq və iftarda istehlak edilən qidalara diqqət yetirmək son dərəcə vacibdir.
 
İmsaq yeməyindən qəti şəkildə imtina edilməməlidir və ən azı 2-3 stəkan su içməyə diqqət yetirilməlidir. Bədənin susuzlaşmaması son dərəcə lazımdır.
 
Orucluq dövründə tərləmə ilə maye itkisinə də diqqət yetirilməlidir. Oruc tutarkən ağır idmanla məşğul olmaqdan çəkinmək lazımdır və davam edən idman hərəkətlərinin həcmi azaldılmalıdır. İmsaq yeməyində uzun müddət tox saxlayacaq protein və lifi çox olan qidalara diqqət yetirilməlidir. Məsələn, pendir, yumurta, zeytun yağı və qozun imsaq masasında olmasına diqqət yetirilməlidir. Tortlar, şirniyyatlar, mürəbbə və peçenye kimi qan şəkərini sürətlə artıran qidalardan imtina edilməlidir.
 
İmsaqda istehlakı tez-tez rastlaşılan düyü və makaron, qan şəkərini sürətlə artırdıqları üçün qarşısını almaq lazım olan qidalar arasındadır. Eyni zamanda, susuzluq hissini artıran həddindən artıq yağlı, duzlu və ağır qidalardan çəkinmək lazımdır. Az qida dəyəri olan qazlı içkilərin istehlakı da yolverilməzdir. İftar su, zeytun və ya xurma ilə başlaya bilər. Xüsusilə orucu xurma ilə açmaq oruc dövründə qan şəkərinin tez bir zamanda normallaşmasını təmin edir və iftarda həddindən artıq yeməyin qarşısını alır. Yağda qızardılmış yeməklərdən və xəmirdən iftarda istifadə də yolverilməzdir, bişmiş və ya qaynadılmış yeməklərə üstünlük verilməlidir.
 
Qurudulmuş paxlalılar Ramazan ayında həftədə ən azı 2 dəfə istehlak edilməlidir. Göyərtidən hazırlanmış salata xüsusi diqqət yetirilməlidir və salatlar bol sirkə ilə istehlak edilməlidir. 
 
Koronavirus pandemiyası dövründə iftar süfrəsində soğan, sarımsaq və bibər kimi immunitet sistemini gücləndirməyə kömək edəcək qidaların saxlanmasına diqqət yetirilməlidir. İftardan 2 saat sonra C vitamini ilə zəngin və immun sistemini gücləndirən qreypfrut, portağal, ananas, nar və kivi kimi C vitamini ilə zəngin meyvələr istehlak edilməlidir.
 

Google+ WhatsApp ok.ru