Oruc ruhi təkamül və mənəvi yüksəlişin əsas sütunlarından biridir

Oruc ruhi təkamül və mənəvi yüksəlişin əsas sütunlarından biridir

Namaz və zəkat İslam ümmətinə məxsus deyil və İslam Peyğəmbərindən (s) öncəki peyğəmbərlərə vaicb buyurulan başlıca hökmlərin sırasında namaz və zəkatın da yer aldığını müşahidə edirik. “Məryəm” surəsinin 101-ci ayəsində Həzrət İsanın (ə) dili ilə belə buyurulur:

وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا

“O, mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu.

Qurani-Kərimin digər ayələrində də bu həqiqət bəyan olunur.

“Bəqərə” surəsinin 183-cü ayəsində oruc barəsində buyurulur ki: Ey iman gətirənlər, uruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə vacib edildi ki, təqvalı olasınız!”

Oruc da namaz və zəkat kimi, İslam ümmətinə məxsus hökmlər sırasında deyil, əksinə keçmiş peyğəmbərlər və keçmiş ümmətlər də oruc tutmağa məmur olunmuşdular.

Bu, bir həqiqətin göstəricisidir ki, namaz və zəkat insanın mənəvi həyatının quruculuğunda vacib olduğu kimi, oruc da vacib və zəruridir. Namaz insanla Allah-Taala arasında mənəvi rabitədir. Zəkat insanın malını təmizləyir. Oruc da belədir və bu, insanın təkamülə çatmasına və mənəvi tərəqqi əldə etməsinə səbəb olan əsas sütunlardan biridir; yoxsa tarix boyunca müxtəlif dinlərin dəyişilməsi ilə bu xətt sabit qalmaz, davam gətirməzdi.

Əlbəttə, müxtəlif dinlərdə və ayrı-ayrı zamanlarda orucun surəti fərqli olub dəyişilsə də, ac qalmaq, daxilən aclıq hissi keçirmək, dili, dodağı və ağızı bəlli saatlarda cismani ləzzətlərdən qoruyub-saxlamaq müxtəlif dinlərdəki orucun tərkib hissəsi olmuşdur. Odur ki, oruc mənəvi yüksəliş və ruhi təkamülün, insani tərbiyə və hidayətin əsas sütunlarından biridir. (“Dər sayesare Rəməzan”, Ayətullah Xameneinin çıxışları, Tehranın cümə namazının xütbələri – 1369/1/10.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru