Şotlandiyada dünyanın ilk üzən külək elektrik stansiyası işə düşüb

Şotlandiyada dünyanın ilk üzən külək elektrik stansiyası işə düşüb

Şotlandiyanın Aberdinşir bölgəsində dünyada ilk üzən külək elektrik stansiyası işə salınıb.
 
Maide.Az bildirir ki, Trend-in məlumatına görə, üzən stansiya sahildən 25 kilometr məsafədə fəaliyyət göstərir.
 
İlk üzən külək elektrik stansiyası Norveçin “Statoil” və BƏƏ-nin “Masdar” şirkətləri tərəfindən yaradılıb.
 
Qeyd olunur ki, külək elektrik stansiyasının istehsal gücü 30 meqavatdır. Məlumata görə, burada istehsal olunan elektrik enerjisi Piterhed şəhərini təchiz edəcək.
 

Google+ WhatsApp ok.ru