Pakistan 10 ildən sonra Dəməşqə hava reyslərini bərpa edib

Pakistan 10 ildən sonra Dəməşqə hava reyslərini bərpa edib

On ildən sonra Pakistanın paytaxtı İslamabaddan Dəməşqə hava reysi baş tutub.
 
Bu barədə Suriyanın Dövlət Xəbər Agentliyi SANA-a istinadla xəbər verir.
 
Bildirilib ki, son 10 ildə ilk dəfə olaraq bu gün İslamabaddan qalxan mülki təyyarə Dəməşq hava limanına eniş edib.
 
Əlavə edilib ki, Pakistan Dövlət Hava Yolları Şirkətinə (PİA) məxsus mülki təyyarə, iki ölkə arasında reyslərin bərpa edilməsi istiqamətində uçuş həyata keçirib. /SalamNews /

Google+ WhatsApp ok.ru