Pakistan ABŞ-ın hərbi bazalarından istifadəsinə icazə vermədi

Pakistan ABŞ-ın hərbi bazalarından istifadəsinə icazə vermədi

Əfqanıstandan ordusunu çıxaran ABŞ ordusuna Pakistan öz hərbi bazalarından istifadə etməyə icazə verməyib.   

Bu barədə Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi məlumat verib.

   “Barışıq prosesinin (Əfqanıstanda) qoşunların geri çəkilməsi ilə irəliləməsini istəyirik. Dünya Pakistanı problemin bir hissəsi hesab etmir”,  - deyə Pakistan XİN başçısı bildirib.   

Xarici İşlər Naziri qeyd edib ki, Pakistan hökuməti bütün siyasi partiyalara ABŞ-ın hərbi baza istəyi niyyətində olduğunu elan edib. 

 "Bazaları axtarmaq onların istəyi ola bilər. Onlara bunun verilməsi barədə heç bir söz ola bilməz, maraqlarımızı güdməliyik”, - deyə Ş.M.Qureyşi əlavə edib. / Ria novosti / 

 

Google+ WhatsApp ok.ru