Pakistanda təlim-tərbiyə müəssisəsində partlayışda 10 nəfər ölüb 27 Oktyabr 2020 20:07 Dünya Pakistanda Quran üzrə təlim-tərbiyə müəssisəsində partlayış baş verib. Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, partlayış nəticəsində on nəfərə yaxın insan hadisə yerində həyatını itirib və 110 nəfərə yaxin insan yaralanıb. Yaralananlar xəstəxanaya çatdırılıb. Bu gün səhər saatlarında Pisəvar şəhərində seminariyada baş verən partlayışda ölən və yaralananların əksəriyyəti uşaqlardır. "Lady Reading" hospitalının təmsilçisi Muhamməd Asim bildirib ki, uşaqlar Quran öyrəndiyi saatda baş verən partlayış qəsdən törədilib. Partlayıcı olan çantanı kim isə binanın içərisinə gətirib." Təxmin edilir ki bu partlayıcı maddə əldəqayırma olub. Faktla bağlı cinayət işi açılıb, tədqiqatlar aparılır. Pakistan baş naziri İmran Xan hadisə qurbanlarının ailələrinə başsağlığı verib və yaralananlar üçün Allahdan şifa diləyib. İmran Xan hadisəni törədən terrorçuların cəzalandırılacağını açıqlayıb. Hələlik heç bir qrup terror hadisəsinin məsuliyyətini üzərinə götürməyib. Teqlər : #Pakistanda,#təlimtərbiyə,#müəssisəsində,#partlayışda,#nəfər,#ölüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Banqladeşdə Fransa əleyhinə etiraz aksiyası - FOTO Peyğəmbərin (ə) mövludu münasibətilə aksiya - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO