Pan Gi Mun: Suriyaya dair danışıqların yeni raundu Nyu-Yorkda keçiriləcək 04 Dekabr 2015 02:00 Dünya BMT baş katibi müzakirələrin keçiriləcəyi dəqiq tarixi açıqlamayıb, lakin diplomatik qaynaqların bildirdiyinə görə, iclas 18 dekabrda Nyu-York şəhərində keçiriləcək. Maide.az xəbər verir ki, Pan Gi Mun jurnalistlərə müsahibəsində deyib: “Üzv ölkələr Vyana prosesinin III toplantısını təşkil etmək üçün hal-hazırda burada- Nyu-York şəhərində koordinasiya işlərini həyata keçirirlər”. Suriyada sülhün bərqərar edilməsinə dair Beynəlxalq danışıqların 14 noyabrda baş tutan əvvəlki raundunda iştirakçı ölkələr növbəti 18 ay ərzində Suriyada seçkilərin keçirilməsi və altı aylıq siyasi keçidlə bağlı razılığa gəliblər. Baş katib bununla bağlı bildirib ki, bu qərardan məqsəd Suriyada atəşkəsin əldə edilməsi və yanvar ayının əvvəlində bu ərəb ölkəsində dövlətlə müxaliflər arasında siyasi danışıqlara start verilməsidir. O əlavə edib: Vyana sülh prosesi yeni bir hərəkətin yaranmasına səbəb olub. Biz yanvarın əvvəlində praktiki təşəbbüsün başlanması üçün çalışırıq. Bu danışıqlar, suriyalı tərəflər arasında siyasi dialoq və ölkə üzrə atəşkəsin bərqərar edilməsini nəzərdə tutur. / Teqlər : #Pan Gi Mun: Suriyaya dair danışıqların yeni raundu NyuYorkda keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tacikistanda 7 nəfər İŞİD-lə əməkdaşlıq ittihamı həbs olunub İran Kərbəladan qayıdan zəvvarlara bombalı oyuncaqlarla bağlı xəbərdarlıq etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO