Peşə məktəblərində kredit sistemi təşkil olunacaq 15 Oktyabr 2021 14:02 Ölkə Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Maide.Az xəbər verir ki, dəyişikliklə peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq. Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir. Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib. Teqlər : #Peşə,#məktəblərində,#kredit,#sistemi,#təşkil,#olunacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Pay torpaqlarına dövlət reyestrindən çıxarış verilməsi üçün rüsum tutulmayacaq Azərbaycanda ərzaq məhsulları orta hesabla 2,6 faiz bahalaşıb