Peyğəmbərin (ə) mövludu münasibətilə aksiya  - FOTO

Peyğəmbərin (ə) mövludu münasibətilə aksiya - FOTO

Tatarıstanın Kazan şəhərinin Köhnə tatar qəsəbəsində Muhəmməd Peyğəmbərin  (s) mövludu münasibətilə aksiya keçirilib.
 
Maide.Az xəbər verir ki, aksiyada iştirak edən müsəlmanlar Peyğəmbərimizin (s.s) kəlamlarından və son həcc ziyarətindən qayıdarkən etdiyi vida xutbəsinin mətninin tatar və rus dillərində yazılmış olduğu bukleti sakinlərə paylayıb.
 
Həmçinin müsəlman könüllülər şəhər sakinlərinə və şəhərin qonaqlarına Rəbiül-əvvəl ayı, bu ayda yerinə yetirilməsi gərəkən əməllər barədə, İslamın sülh, xeyirxah ənənələri barədə ətraflı məlumat veriblər.
 
Tədbirin əsas məqsədi, cəmiyyətin geniş kütləsinin diqqətini insanlararası munasibatlərin möhkəmlənməsi, İslami dəyərlərin qorunması, gənclərin dini ruhiyyəsinin artirilmasi  olub.
 
Qeyd edək  ki, əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) doğum günü ilə bağlı tarixi mənbələrdə iki fərqli versiya irəli sürülmüşdür: əhli-sünnə o həzrətin mövludunu hicri-qəməri tarixi ilə Rəbiül-əvvəl ayının 12-i (29 oktyabr) , şiələr isə 17-i (3 noyabr) qeyd edirlər. Bu iki fərqli tarix arasında İslam aləmində ixtilafların aradan qaldırılması və İslam camiəsinin vəhdət və birliyi naminə 1981-ci ildən etibarən İslam İnqilabının rəhbəri mərhum imam Xomeyninin (rə) təşəbbüsü ilə bu iki günün ikisi də bayram, günlər arasındakı fasilə isə, “Vəhdət həftəsi” elan edilmişdir. Elə həmin tarixdən etibarən, Rəbiül-əvvəl ayının 12-17-ci günləri “Vəhdət həftəsi” adı ilə bütün müsəlman ölkələrində qeyd olunmaqdadır.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru