Peyğəmbər (s) səhabəsi haqqında serialın çəkilişləri Araz çayı kənarında

Peyğəmbər (s) səhabəsi haqqında serialın çəkilişləri Araz çayı kənarında

 
Xəbər verdiyimiz kimi, Həzrət Peyğəmbər (s) və imam Əlinin (ə) yaxın əshabəsi Salman Farsinin həyatı haqqında serial çəkilir. 
 
Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, hazırda seriyalın çəkilişi Araz çayının kənarında Culfa şəhərinin Siyah Rud bölgəsində davam etdirilir. 
 
İran Dövlət Televiziyasının rəhbəri Əli Əskəri ötən gün serialın çəkiliş meydançasında olub. Araz çayının kənarında çəkilişləri müşahidə edib. 
 
Ə.Əskəri bildirib ki, tezliklə serialın çəkilişləri başa çatacaq və serial müxtəlif dillərə tərcümə olunacaq və müxtəlif ölkələrdə yayımlanacaq. 
 
Serial İran İslam Respublikasının Dövlət Televiziyasının sifarişi ilə tanınmış kinorejissor, "Muxtarnamə” serialının rejissoru olmuş Davud Mirbaqiri tərəfindən çəkilir. 
 
Serialın çəkilişinə 2019-cu ilin dekabr ayından başlanılıb.  Serialda Salman Farsinin həyatından – uşaqlıq illəri, gənclik illəri, İslam dinini qəbul etdiyi və Peyğəmbərlə (s) bir olduğu dövr, ölümündən - bəhs edilir.
 
40 seriadan ibarət olacaq filmin hər bölümü 50-55 dəqiqə olacaq.
 

Google+ WhatsApp ok.ru