Kərbəla şəhidi  – Müslüm ibn Ovsəcə

Kərbəla şəhidi – Müslüm ibn Ovsəcə

Peyğəmbəri-Əkrəmin (s) səhabəsi olan Müslümün adı İslam döyüşlərində müsəlmanların dillərinin əzbəri olmuş və Azərbaycanın fəthində iştirak etmişdir. “Cəməl”, “Siffeyn” və “Nəhrəvan” döyüşlərində də İmam Əlinin (ə) orusunda döyüşmüşdür.
 
Kufədə yaşayırdı və İmam Hüseynə (ə) məktub yazanlardan biri idi. O, İmam Hüseynin (ə) Kərbəlaya daxil olduğunu eşitdikdə, Həbib ibn Məzahirlə birgə Məhərrəm ayının 4-cü günü İmam Hüseynin (ə) karvanına qoşuldu.
 
Müslüm ibn Ovsəcənin həyat yoldaşı və boyük oğlu Xələf də Kərbəla qəhrəmanlığında iştirak etmişdir. 
 
Müslüm qəhrəmancasına döyüşüb yerə yıxılarkən, İmam Hüseyn (ə) Həbib ibn Məzahirlə birlikdə onun baş üstə gəldi və Müslüm əli ilə İmam Hüseynə (ə) işarə edərək zəif səslə Həbibə dedi: “Sənə vəsiyyət edirəm ki, heç vaxt ondan ayrılmayasan və son qanına qədər öz rəhbərini müdafiə edəsən.” O, bunu deyib gözlərini yumdu və şəhadət şərbətini içdi.
 
Maide.Az 
 

Google+ WhatsApp ok.ru