Polis Nigeriya şiələrinin Aşura yürüşünə hücum edib, ölən və yaralananlar var - VİDEO

Polis Nigeriya şiələrinin Aşura yürüşünə hücum edib, ölən və yaralananlar var - VİDEO

Bu gün bütün müsəlman dünyasında, eləcə də Nigeriyada Əhli- beyt aşiqləri  Şəhidlər sərvəri İmam Hüseynə (ə) əza saxlayır.  
 
Maide.Az  xarici KİV-ə istinadla xəbər verir ki,  Aşura günü Nigeriyanın bir çox şəhərlərində o cümlədən Kaduna, Bauçi, Qombe, Katsina və Sokoto şəhərlərində  möhtəşəm Aşura yürüşləri təşkil olunub. 
 
Polis bu şəhərlərdə keçirilən Aşura yürüşlərini  vəhşicəsinə dağıdıb.  Polis Aşura mərasimini dağıtmaq üçün  həqiqi güllə və göz yaşardıcı qazdan istifadə edib.  Polisin açdığı atəş nəticəsində ölən və yaralananlar var.  Ölən və yaralananların sayı hələ açıqlanmayıb. 
 
Sosial şəbəkələrdə Əhli-beyt (ə) aşiqlərinə qarşı zorakılığı dayandırmaq üçün kampaniyaya start verilib.  Belə ki,  sosial şəbəkə istifadəçiləri Nigeriya Xarici İşlər Naziriliyindən  qətllamın dayandırılmasını tələb edirlər.
 
 
 

Google+ WhatsApp ok.ru