Pomidor yeməyin faydaları

-- Bir çox xətəlikdən qoruyur

Pomidorun tərkibindəki likopen maddəsi ürək və damarlar üçün vacib əhmiyyətli antioksidantı təmin edir.
 
Maide.Az “Shafaqna”ya istinadən xəbər verir ki, eyni zamanda, C və E vitaminləri ilə də zəngindir. Bu da ürək və damar xəstəliklərindən qorunmaq üçün olduqca faydalıdır.
 
Bundan başqa, yüksək xolesterini normallaşdırma xüsusiyyətinə malikdir. Belə ki, xolesterin parçacıqlarının damar tutulmasına səbəb olma riskini azaldır. Həmçinin, trombosit istehsalını nəzarətdə saxlayaraq damar tutulmasının qarşısını almağa kömək edir.
 
Pomidorun sümüklərə də müsbət təsir etdiyi bildirilir.
 
El arasında çox bilinən faydalarından biri də xərçəngə qarşı müalicədə effektiv olmasıdır. Xüsusilə kişilərdə prostat xərçəngi riskini azaldır.

Google+ WhatsApp ok.ru