Poroşenko Ukraynadan qaçıb

Poroşenko Ukraynadan qaçıb

Ukraynanın keçmiş prezidenti Petro Poroşenko Dövlət Təhqiqat Bürosuna sorğu-sual üçün gəlməyəcək.
 
Mediya vəkillərə istinadən yazır ki, siyasətçi ölkəni tərk edib.
 
"Rusiya 24" xəbər verir ki, onun dəqiq hara getməsi barədə məlumat yoxdur. Qaçışın səbəbi onun istintaqdan sonra həbs edilmə ehtimalıdır. 
 
Poroşenkoya qarşı onlarla cinayət işi açılıb. Onlardan biri 2018-ci il üçün bəyannamədə yalan məlumatlarla əlaqədardır. Keçmiş prezident Ukraynanı baş prokuroru dəyişdirildikdən qısa müddət sonra tərk edib. /faktxeber
 

Google+ WhatsApp ok.ru