Prandelli `Qalatasaray` yolunda

Baş məşqçi axtarışlarını davam etdirən "Qalatasaray", italyan Cesare Prandelli ilə danışıqlara başlandığını açıqlayıb.
 
Maide.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, təcrübəli baş məşqçi ilə aparılan danışıqların nəticələri barədə ictimaiyyətə əlavə xəbər veriləcək. 
 
Xatırladaq ki, son 4 mövsümdür İtaliya Millisinin rəhbərliyini edən 57 yaşlı Prandelli Braziliyada təşkil edilən 2014 FIFA Dünya Kubokunda qrup mərhələsindəki oyunlardan sonra vəzifəsindən istefa vermişdi.

Google+ WhatsApp ok.ru