Prezident biabırçı məğlubiyyət haqqında

`Həm azarkeşlər, həm də futbolçular adından təəsüf hissi keçirirəm`

Braziliya prezidenti xanım Dilma Roussef ölkəsinin ötən günki ağır məğlubiyyətindən kədərlənib. Dövlət başçısı ev sahibi olduqları futbol üzrə Dünya Çempionatının yarımfinalında Almaniyaya 7:1 hesabı ilə uduzmaqdan təəsüfləndiyini dilə gətirib. 
 
Prezident Tvitter profilində belə yazıb: "Bütün braziliyalaılar kimi məğlubiyyətə görə çox-çox təəsüflənirəm. Həm azarkeşlər, həm də futbolçular adından təəsüf hissi keçirirəm". 
 
Dünyanın gündəmini zəbt edədn ağır məğlubiyyət haqqında İspaniyanın baş naziri də açıqlama verib. Marianao Rajoy qeyd edib ki, parlamentə daxil olarkən gözləmədiyi anda jurnalistlərin Almaniya-Braziliya matçı ilə bağlı sualları ilə qarşılaşıb. 
 
"Bu Braziliya üçün ağır zərbə, ölkə tarixinin ən böyük məğlubiyyətidir. Braziliyalıların yerinə olmaq istəməzdim. Amma bu bir oyundur".
 

Google+ WhatsApp ok.ru