Putin: 'Bögədə sabitsizlik yaratmaq məqsədilə terrorçular aktiv şəkildə Əfqanıstana göndərilir' 14 Oktyabr 2021 15:10 Dünya Regionda sabitsizlik yaratmaq məqsədilə İraq və Suriyadan Əfqanıstana aktiv şəkildə terrorçular göndərilir. Maide. “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib. “İraqdan, Suriyadan Əfqanıstana hərbi əməliyyat təcrübəsi olan döyüşçülər Əfqanıstana cəlb olunur. Ona görə də istisna deyil ki, birbaşa genişlənmə başlayana qədər terrorçuların qonşu dövlətlərdə, o cümlədən MDB ölkələrində vəziyyəti destabilləşdirməyə çalışması mümkündür” Putin deyib ki, onlar MDB ölkələrində vəziyyətin sabitliyi pozmağa çalışa bilərlər, buna görə də sərhəddəki vəziyyəti daim nəzarətdə saxlamaq lazımdır. “Bu baxımdan Əfqanıstan sərhədindəki vəziyyəti daim monitorinq etmək və silahlılara qarşı hazır olmaq və bunun üçün güc strukturlarının işini əlaqələndirmək, lazım gələrsə birgə xüsusi əməliyyatlar aparmaq vacibdir”, - deyə Rusiya prezidenti əlavə edib. Teqlər : #Putin:,#'Bögədə,#sabitsizlik,#yaratmaq,#məqsədilə,#terrorçular,#aktiv,#şəkildə,#Əfqanıstana,#göndərilir', Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gürcüstanın Baş naziri istefası ilə bağlı məlumatlara münasibət bildirib İmam Həsən Əskərinin (ə) şəhadətinin ildönümü axşamı Samirra - FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO