Putin: İŞİD MDB-nin cənub sərhədlərində dayaq nöqtələri yaratmağa çalışacaq

Putin: İŞİD MDB-nin cənub sərhədlərində dayaq nöqtələri yaratmağa çalışacaq

Suriyadakı məğlubiyyətdən sonra İŞİD beynəlxalq terror qruplaşmasının yaraqlıları möhkəm qalalar yaratmaq istədikləri digər bölgələrə, o cümlədən Balkanlarda, Cənub-Şərqi Asiyada və MDB-nin cənub sərhədlərində yerləşirlər.

Maide.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müstəqil Dövlətlər Birliyi dövlətləri Başçıları Şurasının iclasında çıxış edərkən söyləyib.

Putinin sözlərinə görə, terror təhlükəsinə qarşı mübarizə MDB dövlətlərinin qarşılıqlı fəaliyyətində prioritet olaraq qalır.

“Görüşümüzdən sonra növbəti üç il üçün terrorizm və digər zorakı təzahülər ilə mübarizə proqramını təsdiq edəcəyik. Hesab edirik ki, bu çox vacibdir və bu təhlükə ilə mübarizə üçün birgə səylərimizi səfərbər etməliyik", rusiya lideri deyib.

Google+ WhatsApp ok.ru