Putin Merkellə görüşüb 20 Avqust 2021 16:15 Dünya Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Angela Merkel arasında görüş başlayıb. APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, V. Putin iki lider arasında şəxsi müzakirənin tələb olunduğu çoxlu məsələnin olduğunu bildirib. “Əminəm ki, bu, təkcə vida səfəri olmayacaq. Bu səfər ciddi və işgüzar məsələlərlə zəngin olacaq”, - deyə Rusiya Prezidenti vurğulayıb. Rusiya lideri Almaniyanı ölkəsinin Avropada və ümumilikdə dünyada əsas tərəfdaşlarından biri adlandırıb: “Almaniya Çindən sonra bizim ikinci ticarət tərəfdaşımızdır. 2020-ci ildə ticarət dövriyyəsinin həcminin ciddi sürətdə aşağı düşməsinə baxmayaraq, bu ilin ilk altı ayında ticarət dövriyyəsində ikiqat artım qeydə alınıb”. A. Merkel isə deyib ki, müxtəlif məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə dialoq davam etdirilməlidir. Teqlər : #Putin,#Merkellə,#görüşüb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünyada Aşura mərasimləri - FOTOLAR Kabil aeroportunda insident baş verib, ölən var
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO