Putin və Bayrden görüşün səmərəli və  pozitiv keçdiyini qeyd edib

Putin və Bayrden görüşün səmərəli və pozitiv keçdiyini qeyd edib

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Baydenin Cenevrədə görüşü başa çatıb.
 
Maide.Az "azertac"a istinadla xəbər verir ki, görüşdən sonra Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransı keçirib.
 
Rusiya lideri Prezident Co Bayden ilə görüşün bütövlükdə səmərəli keçdiyini qeyd edərək deyib ki, tərəflər hər iki ölkənin səfirlərinin geri qayıtması, məhkum edilmiş şəxslərin təhvil verilməsinin müzakirə olunması barədə razılığa gəlib, Arktika, Ukrayna, kibertəhlükəsizlik ətrafında vəziyyəti müzakirə ediblər.
 
Görüşün yekunlarına dair strateji sabitlik barədə birgə bəyanat imzalanıb. Tərəflər nüvə müharibəsinin baş verməsinin mümkünsüzlüyünü vurğulayıblar.
 
Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirib
 
ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə baş tutan söhbətin tonunun “yaxşı” və “pozitiv” olduğunu bildirib.
 
Bunu o, rusiyalı həmkarı ilə Cenevrədə keçirdiyi görüşün ardından təşkil olunmuş mətbuat konfransında deyib.
 
“Sizə deməliyəm ki, bütün görüşün tonu... yaxşı, pozitiv idi. Hər hansı sərt hərəkətlər olmadı. Xeyr, heç bir təhdid yox idi”, - deyə Bayden qeyd edib.
 
Onun sözlərinə görə, tərəflər bir-biri ilə fikir ayrılığında olduqları məqamları da ortaya qoyublar.
 

Google+ WhatsApp ok.ru