Qəzzədə sionist hərbçilərlə müqavimət mübarizləri arasında silahlı insident

Qəzzədə sionist hərbçilərlə müqavimət mübarizləri arasında silahlı insident

Fələstin xəbər dairələri Qəzzə sahilində Qüdsü işğal etmiş rejim hərbçiləri ilə Fələstinin müqavimət mübarizləri arasında silahlı qarşıdurmanın baş verdiyini bildiriblər.

Maide.Az-ın məlumatına görə, sionist rejim tərəfindən atəşkəsin pozulmasının davam etməsi nəticəsində, bu rejimin hərbi dəniz qüvvələri fələstinli balıqçılara hücum edərək onlara atəş açıblar. Bu isə müqavimət mübarizlərinin reaksiyası ilə nəticələnib.

Bu məlumata görə, sionist rejimin hərbi dəniz qüvvələrinin qayıqları Qəzzə zolağı sahillərinə yaxınlaşdığı zaman fələstinli müqavimət mübarizləri onlarla toqquşublar.

Sionistlərin müqavimət qüvvələri ilə silahlı qarşıdurmasında tələfat olmayıb. Lakin sionist rejim ordusunun senzura bölməsi israilli jurnalistləri bu xəbəri əks etdirmək və ya onun detallarını açıqlamağı qadağan edib.

Xəbər mənbələri əlavə ediblər ki, iki tərəf ağır silahlarla toqquşub.

Sionist rejim ordusunun Qəzzə zolağına hücumları bu bölgədə atəşkəsin pozulması deməkdir.

Fələstin müqaviməti ilə sionist rejim arasında atəşkəs razılaşması bu rejimin Qəzzə zolağına 50 günlük hücumundan sonra 2014-cü il avqust ayında Misirin nəzarəti ilə imzalanıb.

Sionist rejim ordusunun Qəzzə zolağına 50 günlük hücumunda 2300-dən çox fələstinli şəhid olmuş və minlərlə nəfər də yaralanmışdır. /

Google+ WhatsApp ok.ru