Qəzzada ‘Əsrin müqaviləsi’ etiraz aksiyası keçirilib

Qəzzada ‘Əsrin müqaviləsi’ etiraz aksiyası keçirilib

Qəzzada gənclər və mücahidlər “Əsrin müqaviləsi”ni və bu müqaviləyə dəstək verən, eləcə də sionist İsrail rejimi ilə əlaqələri normallaşdıran rejimlərin liderlərinin şəkillərini yandıraraq, etiraz aksiyası keçiriblər.
 
Maide.Az "deyerler.org"-a istinadən xəbər verir ki, fələstinli gənclər və mücahidlər Qəzza sərhədində təşkil etdikləri aksiyada, Bəhreyn kralı, BƏƏ vəliəhdi və Səudiyyə kralı, ABŞ-ın prezidenti, sionist İsrail rejimi baş nazirinin şəkillərini yandıraraq, Əsrin müqaviləsini cinayətkarlıq adlandırıblar. Nümayişçilər İran və müqavimət oxunun mövqeyini dəstəkləyən şüarlar səsləndirərək, Fələstinin azadlığını tələb ediblər.
 

Google+ WhatsApp ok.ru