Qərargah rəisi: ‘Yanğın 400 kv. metr ərazini əhatə edib’ - VİDEO 02 Aprel 2020 09:04 Hadisə Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində tikinti materialları bazarında baş verən yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin 32 canlı qüvvəsi və 12 texnikası cəlb edilib”. Maide.Az xəbər verir ki, bunu FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov bildirib. Onun sözlərinə görə, yanğın bazarın 400 kv. metr ərazisini əhatə edib. O, qeyd edib ki, yanğın tam söndürülüb, hazırda tüstülənmənin qarşısı alınır. Qeyd edək ki, Bakıxanov qəsəbəsindəki tikinti materialları bazarında baş vermiş yanğın haqqında ilk çağırış saat 00:50-də daxil olub. APA-nın məlumatına görə, Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov yanğının baş verməsinə səbəb kimi ilkin olaraq mağazalardan birində elektrik qısaqapanmasının ehtimal olunduğunu bildirib. Teqlər : #Qərargah,#rəisi:,#‘Yanğın,#400,#kv.,#metr,#ərazini,#əhatə,#edib’,#VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb Suriyada 4,7 bal gücündə zəlzələ olub