Qarabağda tərəflər həlak olan 200 nəfərin cəsədini dəyişdiriblər – Qırmızı Xaç

Qarabağda tərəflər həlak olan 200 nəfərin cəsədini dəyişdiriblər – Qırmızı Xaç

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer RİA Novosti-yə bildirib ki, Qarabağ münaqişəsinin tərəfləri artıq həlak olan 200 nəfərin cəsədini dəyişdiriblər.
 
Onun sözlərinə görə, təşkilatın Dağlıq Qarabağdakı fəaliyyətinin prioriteti köçkünlərə yardım, cəsədlərin çıxarılması, habelə mümkün danışıqlara və əsirlərin dəyişdirilməsinə hazırlıq üçün əsirlərə baş çəkməkdən ibarətdir.
 
“Biz səy göstərməyə davam edəcəyik”, deyə BQXK sədri bildirib. O, həmçinin Rusiya sülhməramlılarına təşəkkür edib və komitənin onlarla sıx əməkdaşlıq etdiyini bildirib. / turan/ 

Google+ WhatsApp ok.ru