Qax rayonuna ildırım düşməsi yanğına səbəb olub

Qax rayonuna ildırım düşməsi yanğına səbəb olub

Qax rayonunun Tasmalı kəndində ildırım düşüb. 

”Report”un Şimal-Qərb bürosunun məlumatına görə, ildırımın düşdüyü ərazilərdə yanğın əmələ gəlib. Tasmalı kənd sakini 49 yaşlı Ələsgər Nizaməddin oğlu Orucova məxsus həyətyanı sahəsinə ildırımın düşməsi ilə tövlədə yağın baş verib.

Nəticədə 70 kvadratmetr olan tövlə tamami ilə yanıb və tövlənin damında olan 10 tondan artıq ot bağlaması külə dönüb.

Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənməsinin və digər tikiliyə keçməsinin qarşısı alınıb.

Google+ WhatsApp ok.ru