Qax rayonuna ilk qar yağıb

Qax rayonuna ilk qar yağıb

Qax rayonuna qış fəslinin ilk qarı yağıb.
 
Maide.Az bildirir ki, "Report"un Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarından başlayan yağış gecə saatlarında qara çevrilib.
 
Qar əsasən, rayonun dağlıq əraziləri olan İlisu və Sarıbaş kəndlərinə yağıb. Səhər saatlarından yollarda qar və buzdan təmizləmə işləri çərçivəsində dağ kəndlərinə gedən avtomobil yollarına duz-qum qarışığı tökülüb. Magistral və digər avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində problem yaşanmaması üçün lazımı tədbirlər görülüb.
 
 
Hazırda İlisu və Sarıbaş kəndlərində qarın hündürlüyü 25-30 santimetrdir.
 
Qar ortüyü mənzərəsini seyr etmək istəyənlər üçün bildirilir ki, dekabrın 29-u səhər saatlarına olan müşahidələrə görə bu gün Daşkəsən, Gədəbəy, Göygöl rayonlarında 9-14 sm, Şamaxı, Mərəzə, Altıağac rayonlarında 2-10 sm, Quba, Qusar, Xaltan, Qırız rayonlarında 6-9 sm, Şahdağ və Xınalıqda 12 sm, Şəki, Sarıbaşda 28-30 sm qar örtüyü əmələ gəlib. Bu rayolarda hava təmiz və şaxtalıdır. 
 

 

Google+ WhatsApp ok.ru