Qazaxıstanda MDB ölkələrində halal qida mövzusu müzakirə olunur 30 İyul 2019 16:42 Xəbərlər Nur-Sultan şəhərində baş tutan bu görüşdə, Türkiyə, Rusiya, Malayziya, Belorusuya, Özbəkistan və s. olmaqla ümumilikdə 25 təşkilat və ölkədən nümayəndələr toplaşıblar. Maide.Az "islam.ru"a istinadla xəbər verir ki, Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının təşəbbüsü ilə keçirilən toplantıda MDB ölkələrində halal qida istehsalı məsələsini müzakirə edilir. Toplantıda gündəlikdə duran - “Sənaye Təhlükəsizliyi üzrə İslam Təşkilatının üzvü olan ölkələrdə halal qida istehsalının inkişafı”, “genetik və molekulyar laboratoriyalarda innovasiya texnologiyalarının rolu və təhlükəsiz istehsal”, “Halal adi altında standartlaşma və sertifikatlaşmanın inkişafı” və s bu kimi məsələlərin həllini tapmağa çalışacaqlar. Ardınca da təhlükəsiz və halal qidaların istehsalında yaranan probləmləri müzakirəyə çıxaracaqlar. Yekunda isə, “MDB ölkələrində halal qida istehsalının inkişafı üzrə beynəlxalq toplantının” deklorasiyasının imzalanması gözlənilir. Teqlər : #Qazaxıstanda,#MDB,#ölkələrində,#halal,#qida,#mövzusu,#müzakirə,#olunur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 90 itki, məsuliyyətə alınan yox-iddia Kəbənin yeni örtüyü nümayiş olundu -FOTO