Qazaxıstanın yeni müdafiə naziri təyin olunub

Qazaxıstanın yeni müdafiə naziri təyin olunub

General-leytenant Murat Bektanov Qazaxıstanın müdafiə naziri təyin olunub.
 
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev bununla bağlı fərman imzalayıb.
 
 Qeyd edək ki, Murat Bektanov 2020-ci il aprelin 5-dən müdafiə nazirinin birinci müavini – Qazaxıstan ordusunun Baş Qərargah rəisidir.
 
Xatırladaq ki,  Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayev bu gün müdafiə naziri Nurlan Yermekbayevin istefasını qəbul edib. Müdafiə naziri Nurlan Yermekbayev bir neçə gün əvvəl Cambul bölgəsində silah-sursat anbarında baş verən partlayışdan sonra istefa verəcəyini bildirmişdi.
 

Google+ WhatsApp ok.ru