Qüds və Fələstinə dəstək məqsədilə keçirilən virtual konfransda bəyanat qəbul olunub

Qüds və Fələstinə dəstək məqsədilə keçirilən virtual konfransda bəyanat qəbul olunub

"Qüds əmanətdir" konfrasn iştirakçıları fələstinlilər əleyhinə törətdiyi cinayətlərə görə sionist İsrail rejimini beynəlxalq və regional məhkəmələrdə mühakimə olunmasını tələb ediblər. 
 
Maide.Az  "qudsnet"-ə istinadla xəbər verir ki,  bu haqda Fələstinə dəstək məqsədilə Türkiyə və digər müsəlman ölkələrindən siyasətçilər, ictimai xadimlər, din alimləri və dünya ölkələrinin müxtəlif ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən “Qüds əmanətdir” adlı  virtual konfransda bəyanat qəbul olunub. 
 
Konfrans iştirakçıları  bəzi ərəb ölkələrinin işğalçı sionist rejimlə  əlaqələrin qurulmasına çalışmasını pisləyib və  bu addımın  Allaha, Peyğəmbərə, möminlərə, Qüds və Əqsa məscidinə xəyanət olduğu açıqlanıb. 
 
 "Dicle" Universitetinin baş katibi Əli Karakaş çıxışında "Əsrin müqaviləsi" ilə mübarizənin  bütün İslam ümmətinə vacb olduğunu vurğulayıb və qeyd edib ki,  Türkiyə xalqı da bu  utancverici planın uğursuz olması üçün  müxtəlif proqramlar və addımlar həyata keçirir. 
 
Konfrans iştirakçıları həmçinin müsəlmanlar arasında  vəhdət yaratmaq və  müqəddəs yerləri müdafiə etmək üçün  "Qüds  komitəsi"nin  yaradılmasını təklif ediblər.
Bəyanatda kofnrans iştirakçıları  həmçinin Qüds və Fələstində  fələstinli ailələrə dəstək üçün  fondun yaradılmasını təkif ediblər. 
 
Konfrans iştirakçıları Fələstin məsələsini araşdırmaq üçün təhqiqat mərkəzinin yaradılması haqda razılaşıblar. 
 

Google+ WhatsApp ok.ru