Qırıcılar Pakistanda dinc sakinləri vurur

İslamabadın etirazlarına əhəmiyyət verməyən ABŞ Pakistanda 10 ildə 2 min 370 adamın ölümünə səbəb olub.

Avropa.info-nun məlumatına görə, ABŞ-ın pilotsuz təyyarə əməliyyatları ilə "vurduğu" kimi göstərilən "əl-Qaidə"nin itkisi isə yalnız 84 nəfərdir. Bu da ümumi ölümlərin 4 faizini təşkil edir.

Öldürülən yüzlərlə vətəndaşın adı belə bilinmir.

Mərkəzi Londonda yerləşən jurnalist araşdırma təşkilatının araşdırmalarına görə, ABŞ-ın Pakistanda 10 ildir davam edən hava hücumlarında həyatını itirən ümumilikdə 2 min 370 nəfərdən yalnız 295-i silahlı olub.

Digərləri isə dinc sakinlərdir. Öldürülən dinc sakinlərdən 50-nin qadın olduğu bildirilir və ümumilikdə 600-dən çox şəxsin kimliyi məlum deyil.

Pilotsuz təyyarə qırğınlarını gün üzünə çıxaran araşdırmadan sonra gözlər ABŞ Milli Təhlükəsizlik Şurasına çevrilib. Şura sözçüsü Caitlin Hayden hava hücumlarının heç bir mülki vətəndaşın həyatını riskə atmayacaq şəkildə keçirildiyini iddia edib.

Hayden vətəndaşların yaralandığı və ya həyatını itirdiyi bəzi nadir hallarda hadisənin səbəbini araşdırdıqlarını və gələcəkdə vətəndaşlara qarşı bu cür riskləri minimum səviyyəyə endirmək üçün çalışdıqlarını qeyd edib.

America pilotsuz təyyarələrinin yol açdığı faciə ABŞ dövlət katibi Con Kerrinin sözlərini də təkzib edib. Kerri bildirib ki, yalnız təsdiqlənmiş terror mövqelərini vururuq. Lakin araşdırma Bunun əks nəticələrini ortaya qoyub. /

 

Google+ WhatsApp ok.ru