Qriplə soyuqdəymənin fərqi bu imiş 28 Sentyabr 2020 10:10 Sağlamlıq "Qrip zamanı soyuqdəymədən fərqli olaraq, yüksək temperatur uzun müddət qalır və hətta temperaturu azaldan dərman qəbul edən zaman belə azalmır". Maide.Az Sputnik -ə istinadla xəbər verir ki, bu barədə həkim Pyotr Davıdov danışıb. O qeyd edib ki, qrip zamanı xəstənin gözlərində qızartı, sinədən gələn öskürək, əzələlərdə əzginlik və burun qanaxması müşahidə edilə bilər. "Soyuqdəymənin əlamətləri isə fərqlidir. Soyuqdəymə zamanı boğaz ağrıyır, səs tutulur, baş ağrıları müşahidə edilir. Öskürək və ürəkbulanma yaranır", - deyə o bildirib. Davıdov əlavə edib ki, vaxtında həkimə müraciət edilərsə, qrip 4-5 günə sağalır. Ancaq xəstələnməmək üçün peyvəndləmə vacibdir. Teqlər : #Qriplə,#soyuqdəymənin,#fərqi,#imiş, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tibbi hədislər: Heyvanın xüsusiyyəti Soyuqdəymə və qripdən necə qorunmalı: ən sadə məsləhətlər
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir