Quş ABŞ-a 112 milyon dollar ziyan vurdu

Quş ABŞ-a 112 milyon dollar ziyan vurdu

ABŞ-ın "B-52N" tipli strateji bombardımançı təyyarəsi qəzaya uğrayıb.
 
Maide.Az “Report”a istinadən xəbər verir ki, hadisəyə səbəb mühərrikə quş girməsi olub.
 
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, quş təyyarənin içinə uçuş zamanı daxil olub.
 
Hadisə 19 may 2016-cı il tarixində baş verib. Həmin gün strateji bombardımançı təyyarə təlimlərdə iştirak edib.
 
Təyyarə uçuşdan demək olar ki, dərhal sonra hərəkət qüvvəsini itirməyə başlayıb və pilot onu yerə endirmək qərarına gəlib. Lakin yüksək sürət səbəbindən əyləc paraşütü bombardımançının dayanmasını təmin etməyib və o, hərəkət zolağından çıxaraq yanmağa başlayıb.
 
Nəticədə dəyəri 112 milyon dollar olan hava gəmisi tamamilə yanıb. Heyət üzvləri maşının kabinəsini zamanında tərk edə bilib. /

Google+ WhatsApp ok.ru