Qubada krandan su əvəzinə palçıq gəlir 27 Avqust 2020 12:44 Ölkə Quba rayonu Alpan kəndinin sakinləri artıq 2 ilə yaxındır içməli su üzünə həsrətdirlər. Payızda yağış yağarkən kranlardan su əvəzinə palçıq gəlir. “Report” xəbər verir ki, kənd sakinləri qumlu, çınqıllı sudan istifadə etmək məcburiyyətində qalıblar. Hazırda Susay, Gəray, Uzunmeşə kəndlərinin qismən də olsa, kanalizasiya sularının və hər yağış yağanda qrunt sularının birbaşa axdığı "Quru çay"ın suyu ilə kəndin içməli suyu eyni mənbədəndir. Teqlər : #Qubada,#krandan,#əvəzinə,#palçıq,#gəlir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gələn həftə Bakının bəzi məktəbləri üzrə dərslər başlayır Bakının bir neçə rayonu, Şirvan və Hacıqabulda su olmaycaq