Quba və Qusarda 22 sm hündürlükdə qar yağıb 03 Noyabr 2016 02:00 Ölkə Ötən gün axşam saatlarından başlayaraq, Quba və Qusarın bəzi yaşayış məntəqələrinə qar yağıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, şimal bölgəsində ən çox yağıntı Qusarın Ləzə kəndinə düşüb. Burda qarın hündürlüyü 22 sm-ə çatıb. Quba rayonu, Qırız kəndi ərazisinə isə 17 sm-dək qar yağıb. Xınalıqda qarın hündürlüyü 11 sm-ə çatıb. Ən aşağı temperatur Qırız kəndində qeydə alınıb. Burda temperatur -13 dərəcə şaxta olub. / Teqlər : #Quba və Qusarda 22 sm hündürlükdə qar yağıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tuneldə xarab olan `KamAZ` Bakının əsas prospektində tıxaca səbəb olub Sabaha olan hava proqnozu açıqlanıb