Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

İyulun 16-da gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.
 
ETSN Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-24 isti, gündüz 29-34 isti, Bakıda gecə 22-24 isti, gündüz 32-34 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi  normadan aşağı 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.
 
Tibbi-meteoroloji proqnoza görə, iyulun 16-da  Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü  gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
 
 
Azərbaycanın rayonlarında:  Əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25  isti, gündüz 31-36 isti, dağlarda gecə 10-15 isti,  gündüz  19-24 dərəcə isti olacaq.
 

Google+ WhatsApp ok.ru