Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinə yeni rəhbər təyin olunub

Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinə yeni rəhbər təyin olunub

Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinə yeni rəhbər təyin olunub.
 
Maide.Az xəbər verir ki, Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinin üzvləri bu gün keçirdikləri iclasda  Qum Elmi Hövzəsinin yüksək  qurumuna yeni sədr kimi səs çoxluğu ilə Ayətullah Seyid Haşim  Hüseyni Buşehirini seçiblər.
 
Həmçinin Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinin bugünkü iclasında, qurum sədrinin birinci müavini postuna Ayətullah Seyid Əhməd Xatəmi,  sədrin ikinci müavini  postuna isə Höccətül-İslam Abbas Kəbi seçilib. 
 
Qeyd etmək lazımdır ki,  Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinin sabiq rəhbəri Ayətullah  Məhəmməd Yəzdi Dekabr ayının 9-da 89 yaşında vəfat edib. O mərhum 10 il Məhkəmə Sisteminin rəhəri vəzifəsində çalışdıqdan sonra Qum Elmi Hövzəsinin Ustadlar Camiəsinin sədr müavini,  Ali Şuranın katibi və  2007-ci ildən 2020-ci ilədək qurumun rəhbəri vəzifəsində çalışmışdı.
 

Google+ WhatsApp ok.ru