Qum Elmiyyə Hövzəsinin drektoru: Qarabağ Azərbaycana aiddir 27 Oktyabr 2020 19:57 Qarabağ xəbərləri Qarabağ Azərbaycana aiddir və qonşu ölkəyə təcavüz qəbuledilməzdir. Maide.Az xəbər verir ki, bunu İranın Ekspertlər Şurasının üzvü və İranın Dini Elmlər Mərkəzinin (Qum Elmiyyə Hövzəsinin) drektoru Höccətül-İslam Əlirza Ərafi deyib. Qum Elmiyyə Hövzəsinin mərkəzi ofisində böhranlar və fövqəladə hadisələr üzrə komitənin iclasında danışan Ə.Ərafi ilk öncə İmam Zamanın (ə) imamətinin başlanması və qarşıdan gələn Peyğəmbərin (s) mövludu münasibətilə tədbir iştirakçılarını və müsəlmanları təbrik edib. O, daha sonra Dağlıq Qarabağ münaqişəsi barəsində danışıb. "Qarabağ Azərbaycanın ərazisidir" deyən Ə.Ərafi bildirib ki, heç şübhəsiz, Qarabağ Azərbaycana və qeyrətli Azərbaycan xalqına aiddir. Qonşu ölkənin ərazisinə təcavüz etmək əsla qəbuledilməzdir. Bütün beynəlxalq etik və humanist normalara əsasən, Qarabağ və onun ətrafındakı ərazilər müsəlman ölkə olan Azərbaycanın ərazisidir." Teqlər : #Qum,#Ərafi,#Qarabağ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bərdəyə raket atılması nəticəsində 4 nəfər şəhid olub, yaralıların sayı 13-ə çatıb - FOTO/YENİLƏNİB Müdafiə Naizliriy cəbhədə oktyabrın 28-nə olan son vəziyyəti açıqladı
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni