Qum, Məşhəd,Tehran, Həmədan və digər şəhərlərdə 'Charlie Hebdo' jurnalı əleyhinə aksiya keçirilib - FOTO 10 Sentyabr 2020 18:20 Dünya İran İslam Respublikasının Qum şəhərində "Charlie Hebdo" jurnalına və Fransa hökumətinə etiraz məqsədilə aksiya keçirilib. Maide.Az İran KİV-lərinə istinadla xəbər verir ki, aksiyaya qatılan insanlar İslam peyğəmbərinin yenidən təhqir olunmasına şərait yaradılmamasını tələb ediblər. Vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı da baş verən hadisələr qarşısında susaraq, əslində dəstək nümayiş etdirir. Nümayişdə ABŞ, İsrail rejimi və Fransa əleyhinə şüarlar səsləndirilib. Bundan əlavə qeyd olunub ki, müsəlmanlar inancların hədəfə alınmasına daim qarşı olublar. Qeyd edək ki, Qum şəhəri ilə yanaşı sentyabrın 10-da İranın Məşhəd, Tehran, Həmədan və digər şəhərlərində də "Charile Hebdo" jurnalı və Fransa hökuməti əleyhinə aksiyalar keçirilib. Aksiya iştirakçıları "Qurana təhqir Donan üçün rüsvayçılıqdır", "Ləbbeyk ya Məhəmməd, sənə fəda ya Əhməd", "Quran bir nur kitabıdır, düşmənçilikdən uzaqdır", "Fransa, Fransa, həya et, həya et" və "Peyğəmbərlə düşmənçiliyə son ver, son ver" kimi şüarlar səsləndiriblər. Teqlər : #Qum,#Məşhəd,#Tehran,#Həmədan,#və,#digər,#şəhərlərdə,#'Charlie,#Hebdo',#jurnalı,#əleyhinə,#aksiya,#keçirilib,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreyndə din xadimlərinə qarşı başladılan təzyiqlər pislənilib İranda parlament seçkilərinin ikinci turu keçirilir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO