`Qurana nə dərəcədə əməl etsək, onun təsirini özümüzdə və yaşayışımızda bir o qədər hiss edəcəyik`

Quran oxunduğu anda bizim bundan götürdüyümüz bəhrə yalnız Quran məclisində iştirak etmək, Quran tilavətini seyr etmək və dinləməkdən ibarət olmamalıdır. Həqiqətdə qəlblər də Quran tilavətindən bəhrə götürməlidir. Qurani-Kərim əməl etmək, dərk etmək və düşünmək üçündür. Qurana nə dərəcədə əməl etmiş olsaq, onun təsirini özümüzdə və yaşayışımızda bir o qədər hiss edəcəyik. 
 Allah-Taalanın möminlərə verdiyi qələbə vədi mütləq reallaşacaq.Əgər biz Qurani-Kərimin göstərişlərinə əməl edib İlahi vədlərin reallaşması üçün zəruri olan şəraitin yaranmasını təmin etsək, öz yaşayışımızda Tanrının bu vədlərinin necə gerçəkləşdiyinin şahidi olacağıq. Bu gün İslam dünyası Qurana əməl etməyə olduqca təşnə və möhtacdır. Quran bizim düşüncə və əməllərimizin əsas meyarı, mehvəri olmalıdır!
İslam və Quranın düşmənləri müsəlmanların vəhdətinə zərbə endirməyə, vahid İslam ümmətinin üzvlərinin qəlbini biri-birinə qarşı bədbin ruhda kökləməyə çalışır. İslamın düşmənləri hiyləgərcəsinə Quranla heç bir ixtilaflarının olmadığını deyirlər. Halbuki, onlar Quranın bəşəriyyətə təlim edərək aşıladığı təməl prinsiplərə tamamilə müxalifdirlər.
Birgə olmağın, Allahın ipindən möhkəm yapışmağın mənası budur ki, biz İslam dininin əsas prinsipləri baxımından həmrəy olaq! Hərçənd biz bəzi qeyri-prinsipial məsələlərlə bağlı müxtəlif nöqteyi-nəzərlərə malik ola bilərik. Bu isə vəhdət və həmrəyliyimiz üçün qətiyyən maneə deyil.
 
Ali Rəhbər Ayətullah Seyyid Əli Xamenei /

Google+ WhatsApp ok.ru