Kərbəla şəhidləri - Hürr ibn Yezid Riyahi

Kərbəla şəhidləri - Hürr ibn Yezid Riyahi

 
O, Kufədə tanınmış bir şəxs və öz qəbiləsinin başçısı idi. İbn Ziyad onu İmam Hüseynə (ə) mane olmaq üçün min nəfərlik qoşuna başçı təyin etdi. Hürr Aşura günü İbn Sədin müharibə qərarının ciddi olduğunu gördükdə, “Özümü Cənnətlə Cəhənnəmin arasında görürəm!” – deyib, Yezidin qoşunundan ayrıldı.
 
O, İmam Hüseynin (ə) hüzurunda gəlib dedi: “Mən inanmazdım ki, bu camaat işi bu yerə çatdırsın, yoxsa, heç vaxt onlarla birgə olmazdım. İndi isə tövbə üçün sizin yanınıza gəlmişəm ki, ölənə qədər sizi müdafiə edim. Mənim tövbəm qəbuldurmu?!” İmam (ə) buyurdu: “Bəli, sən Allahın tövbələrini qəbul etdiyi kəslərdənsən.” 
 
Hürr tövbədən sonra İmama (ə) dedi: “Mən sizin yolunuzu kəsən ilk şəxsəm. İcazə verin, sizin qarşınızda birinci mən şəhid olum!” İmam (ə) icazə verdi və o, şücaətlə döyüşüb şəhadətə nail oldu.
 
Hürr  yolunu azmış insanlara misilsiz dərs verdi; insan uçurumun kənarına qədər getsə də, möhkəm bir iradə ilə dönüş yaradıb Cənnətin yüksək dərəcələrinə qayıda bilər.
 
Maide.Az - Maarif bölümü 

Google+ WhatsApp ok.ru